Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar. Qeyd edək ki, 4 mərtəbəli "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.