XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 17:30

Lənkəranda orta məktəb şagirdi müəmmalı şəkildə vəfat edib –Qəfildən yolda halı pisləşib

Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb.

Cəlilabad sakini, 2004-cü il təvəllüdlü Fərhad Fərahim oğlu Məmmədzadə halsız vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, F. Məmmədzadə Lənkəranda yerləşən liseylərdən birinin şagirdi olub. O, yoldaşları ilə birgə təhsil aldığı liseyə gedərkən hadisə baş verib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)