XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2018 - 18:57

Kemerovoda yanğın qurbanlarının sayı 64 nəfərə çatıb –Rusiyanın fövqəladə hallar naziri

Bazar günü Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 64-ə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib. Kemerovo vilayətinin Sağlamlığı Mühafizə Departamentindən verilən məlumata görə, hadisə nəticəsində daha 52 nəfər zərər çəkib və onlardan 13-ü xəstəxanadadır. İlkin məlumata görə, yanğın 2013-cü ildə istifadəyə verilən dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzindəki kino zallarının birində başlayıb.

Yanğının başvermə səbəbləri araşdırılır, hadisə ilə bağlı dörd nəfər saxlanılıb.