XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

27 Mart 2018 - 09:56

Abşeronda jurnalistin evindən oğurluq olub:"Evə pəncərədən daxil olublar..."

Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.

Bu barədə "Report"a V.Həsənlinin özü məlumat verib.

O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar".

Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.

Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.