XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2018 - 10:15

Şamaxıda 16 yaşlı oğlan intihara cəhd edib –Vəziyyəti ağırdır

Şamaxı şəhər sakini intihara cəhd edib.

Hadisə şəhərin H.Z.Şirvani küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Ayaz Şirvan oğlu İbrahimov özünü asaraq intihara cəhd edib. O, ailə üzvləri tətəfindən xilas edilib və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan "Report"un  yerli bürosuna bildirilib ki, A.İbrahimovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.