XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2018 - 23:15

Ağdamda iki maşın toqquşdu –Nazirlik işçisi hadisə yerində öldü, yaralılar var

Ağdam rayonunda ölümlə nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə rayonun Eyvazlı kəndi ərazisində baş verib. “VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil “Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Xəsarət alan şəxslər Ağdam Mərkəzi Rayon Xəstəxanasına və yaxınlıqdakı “N” saylı hərbi hospitala çatdırılıb. Yaralıların vəziyyətinin kritik olduğu bildirilir.

***

Ağdamda qəzada ölən şəxsin kimliyi bəlli olub. Belə ki, ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanlardan birinin şəxsiyyəti bəlli olub. O, “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur.  

APA

 

Qəzanın səbəbləri araşdırılır.

 

**** 21.22