XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

28 Mart 2018 - 17:56

Naftalanda güllələnən qadın kimdir?- Cinayət işi açıldı

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub.

Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib. Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.