XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2018 - 13:11

Bakıda süpürgəçi necə öldürülüb? –Prokurorluq xəbər yaydı

Martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb: "İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".