XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2018 - 00:03

Bakıda ağır yol qəzası olub –Xəsarət alanlar var

Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hisəsində qeydə alınıb.

Mərkəzdən Sabunçu körpüsünə istiqamətdə hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq, avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olann 99-GT-169 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil "Niva"ya çırpılıb.

Digər "Opel" markalı avtomaşını isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Niva"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib/Report