XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 12:04

Sabiq məhkumlar Binəqədidə quldurluq edib –Bir nəfəri döyüb pulunu alıblar

Martın 29-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

DİN mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Saleh Muradov və Rəşad Qurbanov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.