XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 13:25

Avtobusda qadını döyən “qəhrəmanın” adı bəlli oldu –Polisə gətirilib, araşdırma aparılır DİN

Martın 28-də saat 18 radələrində paytaxtın Moskva prospektindəki avtobus dayanacaqlarının birində 65 saylı xətt avtobusunda asayişi pozmaqda şübhəli bilinən şəxs həmin ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq 19-cu bölməyə gətirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev bildirib ki, araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Namazov olduğu müəyyən edilib. Martın 29-da Bakı şəhər sakini S.Sultanova da 19-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 65 saylı xətt avtobusunda həmin vaxt M.Namazov tərəfindən döyüldüyünü bildirib.

“Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – İ.Babayev deyib.(“Report”)