XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 15:36

Sumqayıtda zavodda minaatan mərmisi tapılıb –FOTO

Sumqayıtda zavodda minaatan mərmisi tapılıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, martın 30-da agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Sumqayıt Texnologiyalar Parkının 3-cü Metaləritmə (STP-3) zavodunun ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış minaatan mərmisi aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.