XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 19:16

Lənkəranda ağır yol qəzası:ölənlər var

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Məlumata görə, "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən 2-si kişi, 3-ü qadındır. Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.