XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 15:42

Pirşağıda məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın –5 nəfər xəstəxanaya yerləşdirildi

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində "Gilavar" sanatoriyasında baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

A.Maqsudovun sözlərinə görə, şöbəyə gətirilənlərdən 2 nəfər azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər".

Xatırladaq ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" Sanatoriyasında yanğın başlayıb. Hazırda yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.