XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 20:57

Bakıda iki maşın toqquşdu –Gürcüstan vətəndaşı olan sürücü öldü

Bakının Qaradağ rayonunda iki yük avtomobili toqquşub.

Strateq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində ”MAN” və "KAMAZ" markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub: "Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. "MAN" markalı avtomobilin sürücüsü, 1963-cü il təvəllüdlü Tamaz Dalinzenin (Gürcüstan Respublikasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".