XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Aprel 2018 - 09:16

“YouTube”də atışma: ölən və yaralananlar var –Tramp başsağlığı verdi

ABŞ prezidenti Donald Tramp "YouTube" video portalının Kaliforniya ştatında, San-Bruno şəhərindəki baş ofisində baş vermiş atışma zamanı yaralananlara başsağlığı verib.

Bu barədə TASS məlumat yayıb.

Dövlət başçısı bildirib ki, hadisədən yenicə xəbər tutub. O, yaralılara dua etdiyini qeyd edərək arzularını bildirib.

Ağ Ev rəhbəri həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hadisəyə dərhal reaksiya vermələrinə görə təşəkkürünü ifadə edib.

Daha əvvəl şəhərin polis rəisi Ed Barberini "YouTube" ofisində atışma zamanı 4 nəfərin xəsarət aldığını xəbər verib. Onun sözlərinə görə, hadisəni törədən qadın özünü öldürüb/Report.