XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2018 - 14:10

“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa buraxıldı –Məhkəmə prosesi

“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa çıxıb.

“Report”un məlumatına görə, 2012-ci ildən həbsdə olan İlham Hətəmov, Tərlan Ağadadaşov və Rövşən Allahverdiyevin cəza müddəti başa çatıb.

Qeyd edək k, həmin şəxslər 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Allahverdiyev, İ.Hətəmov və T.Ağadadaşov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdular.