XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 20:12

Xırdalanda azyaşlı övladı olan qadın özünü asdı –İntihar

Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib.

Hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, Xırdalan şəhər sakini, Ağamalıyeva Nərmin Elxan qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun azyaşlı bir qızı var.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır/Report.