Cəlilabad rayonunun Alar kəndi ərazisində yeniyetmə oğlanın meyiti aşkar edilib.
“Report”un Aran bürosu xəbər verir ki, meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur.
İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan yeniyetmənin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.