XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 15:09

Dünya çempionu adam oğurluğunda ittiham olunan şirkət sahibi üçün Putinə müraciət etdi:"Ona kömək edin"

Qaydasız döyüş növü üzrə dünya çempionu olan Həbib Nurmaqomedov Nyu-Yorkda keçirilən görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

İdmançı ölkə başçısından insan oğurluğu, cinayətkar dəstə yaratmaqda ittiham olunan “Summa” şirkətlər qrupunun sahibi Ziyavuddin Maqomomedova kömək etməsini istəyib.

“Komandamızın sahibi, bizim böyük qardaşımız Ziyavuddin Maqomedov çətin vəziyyətdədir. O, həm mənə, həm də digər Rusiya idmançılarına kömək göstərib. İndi o, çətin vəziyyətdədir. Mən istəyirəm o bilsin ki, biz idmançılar ona görə dua edirik. İnanıram ki, bu vəziyyət tezliklə həllini tapacaq. Ümid edirəm ki, bizim milli liderimiz Vladimir Putin ona kömək edəcək. Onu sonuncu seçkilərdə qazandığı qələbə münasibətilə də təbrik edirəm”, – Nurmaqomedov bildirib.

Qeyd edək ki, Həbib Nurmaqomedov ötən gün Nyu Yorkda keçirilən UFC 223 turnirində amerikalı Eva Yakvintona qalib gələrək, Rusiyanın bu sahədə ilk çempionu adını qazanıb/Axar.az.