XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2018 - 15:58

Kanala düşən buzovu çıxartmaq istəyən iki nəfər suda batdı –Qubada dəhşət

Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxartmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır/Report.