XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 17:23

Türkiyədən PKK-ya daha bir ağır zərbə –Terror təşkilatının silah və narkotikləri ələ keçirildi

Türkiyənin Diyarbəkir şəhərində PKK terror qruplaşmasına qarşı başladılmış əməliyyat başa çatıb.

Əməliyyat nəticəsində 1 ton 626 kiloqram narkotik vasitə ələ keçirilib.

Məlumata görə, “Bayraq-81 şəhid-könüllü kənd qoruyucusu Yasəddin Opçin əməliyyatı” zamanı terrorçuların istifadə etdiyi 7 mağara, 8 sığınacaq və kustar üsulla hazırlanmış 3 uzaqdan idarə edilən partladıcı aşkar edilərək məhv edilib.

Sığınacaqlarda və ərazidə basdırılmış qablarda M-16 silahı, 3 ədəd “Kalaşnikov” tipli avtomat, 356 ədəd fişəng, tapançalar, 2 ədəd əl qumbarası və terror qruplaşmasına aid çox sayda sənəd tapılıb. Əməliyyat nəticəsində 28 nəfər saxlanılıb. Ərazidən həmçinin 3175 ədəd çətənə kolu aşkar edilərək götürülüb/Axar.az.