XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 22:30

Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb –Masallıda qətl

Masallıda bıçaqlanma olub.

Hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1970-ci il təvəllüdlü Urfan Həsənov həmkəndlisi tərəfindən bıçaqlanaraq öldürülüb. Qətlin hansı şəraitdə baş verməsi məlum deyil.

Hadisəni törədən artıq polis tərəfindən saxlanılıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Hazırda hadisənin təfərrüatları araşdırılır/APA.