XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2018 - 11:05

ABŞ-da məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb –40-dan çox uşaq xəsarət alıb

ABŞ-ın Nyu-York ştatında məktəbliləri daşıyan avtobus estakadaya çırpılıb.

“Report” “ABC News”a istinadən xəbər verir ki, qəza nəticəsində 40-dan çox adam xəsarət alıb. Lonq Aylenddə baş verən qəza nəticəsində avtobusun dam örtüyü tam sıradan çıxıb.

Ştat polisindən bildirilib ki, qəza nəticəsində avtobusda olan 44 nəfərdən 42-si xəsarət alıb. Yaralıların çoxu ağır xəsarətlər alıb. Yerli KİV avtobusun Avropaya səyahətdən qayıdan uşaqları Con Kennedi adına Beynəlxalq Hava Limanından yola çıxardığını qeyd edib.