XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2018 - 16:25

Təyyarə qəzasında həlak olan azərbaycanlı iş adamıYevlaxda dəfn olunub

Bu il fevral ayının 11-də Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlının meyiti Azərbaycana gətirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, aprelin 7-də axşam saatlarında qardaşı tərəfindən təyyarə ilə Azərbaycana gətirilən iş adamı Namiq Qəhrəmanovun nəşi ata yurdu olan Yevlax rayonunun Aşağı Qarxunlu kənd qəbiristanlığında dəfn olunub.

N.Qəhrəmanovun qardaşı Mübariz Qəhrəmanovun verdiyi məlumata görə, cəsədin gətirilməsi zamanı həm Rusiya Federasiyası, həm də Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən lazımı köməklik göstərilib.

Qeyd edək ki, fevralın 11-də saat 14:21 radələrində Moskvanın “Domodedova” hava limanından Orska uçan təyyarə Ramensk rayonunun Stepanovsk kəndi ərazisində qəzaya uğrayıb, qəza nəticəsində 71 nəfər ölüb.