XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2018 - 22:57

Rus kəşfiyyatı Skripalları beş il müddətində güdüb –Britaniyanın milli təhlükəsizlik müşaviri  

 

Britaniyanın milli təhlükəsizlik müşaviri Mark Seduill deyib ki, Rusiyanın kəşfiyyat orqanları Sergey və Yulia Skripalları əsəb-sinir qazı ilə zəhərlənməzdən əvvəl azı beş il müddətində güdüb.

Skripallar martın 4-də cənubi İngiltərənin Solsberi şəhərində huşsuz vəziyyətdə tapılmışdılar. Britaniya qətlə cəhdə görə Rusiyadan şübhələndiyini bildirib. Moskva bu kimi ittihamları rədd edir. NATO-nun baş katibi Jens Stoltenberqə göndərdiyi məktubda Seduill yazır ki, yalnız Rusiya keçmiş ikili casus və onun qızına kimyəvi hücum üçün “texniki imkanlara, əməliyyat təcrübəsinə və motivə mailkdir”.

Sovet İttifaqı Noviçok kimi tanınan kimyəvi zəhərin dördüncü nəslini 1980-ci illərdə yaradıb. Seduillin yazdığına görə, kimyəvi maddələr Volqoqrad yaxınlığında yerləşən və kod adı FOLIANT olan Dövlət Üzvi Kimya və Texnologiya İnstitutunda istehsal olunub.

Daha sonra müşavir yazır: “Çox böyük bir ehtimalla Noviçok adlı agentlər Qərb tərəfindən aşkarlanmalarının qarşısını almaq və kimyəvi silahlara nəzarətdən yayınmaq məqsədilə hazırlanıb”.

Seduill yazır ki, Sovet İttifaqı çökdükdən sonra Kimyəvi Silahlar Konvensiyasını imzalayan Rusiya Noviçoklar üzərində gedən iş barədə hesabat verməyib. Müşavirin fikrincə, Rusiyadan başqa heç bir sovet respublikasına belə maddələr lazım deyildi. Kimyəvi Silahların Qadağası Təşkilatı – OPCW aprelin 12-də Britaniyanın bu maddə haqqında gəldiyi elmi nəticəni qəbul edib. (Amerikanın Səsi)