XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2018 - 12:07

Yevlaxda ağır avtoqəza- Ölən və yaralananlar var

Yevlax rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “Kamaz” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Gecə saatlarında baş vermiş hadisə zamanı ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Daha iki nəfər – Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı, Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ölən və yaralananlar “Ford Transit” markalı avtomobildə olanlardır.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.