XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 April 2018 - 14:17

Gəncədə avtomobil qaçıran 3 nəfər saxlanıldı –Polis əməliyyatı

Gəncə şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuş – Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır/Report.