Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 26-ı “isti izlər”lə açılıb.
DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub:
“Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb”.