Cəlilabad rayonunda kütləvi dava baş verib.
Hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.
Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.
Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.
Faktla bağlı araşdırma aparılır/Report.