XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

22 Aprel 2018 - 19:28

Dubayda məşhur biznes mərkəz yanır –FOTO

 

Dubayda məşhur biznes mərkəz “Almaz Towers”-də yanğın baş verib.

Oxu.Az xəbər verir ki,  Mərkəzdəki bütün ofislər təxliyyə olunub. Yanğın 63-cü mərtəbədə başlayıb. Hadisə yerinə yanğınsöndürənlər göndərilib. Hadisə şahidlərinin sözlərinə görə, yanğının saat 15:15 radələrində başladığı bildirilir.

Qeyd edək ki, Dubayın ən böyük binalarından biri “Almaz Towers” 68 mərtəbədən ibarətdir. Binanın tikintisi 2009-cu ildə yekunlaşıb.