XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2018 - 09:36

Ötən gün 121 cinayət faktı qeydə alınıb –Axtarışda olan 12 nəfər saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 27, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.