XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2018 - 09:35

Ötən iki gün ərzində 155 cinayət faktı qeydə alınıb –Axtarışda olan 26 nəfər saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 155 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb.

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.