XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2018 - 09:38

Rusiyada bayram günlərində araq satmaq qadağan edildi –Qərar

Rusiya paytaxtında may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub.

Trend-in məlumatına görə, mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq. Qadağa 29 aprel – 2 may və 9 may Qələbə günü günü qüvvədə olacaq.

Qadağaya səbəb kimi bayram günlərində baş verə biləcək bədbəxt hadisələrin qarşının qabaqcadan alınması göstərilir. Qeyd edək ki, 29-30 aprel, 1-2 may və 9 may günləri Rusiyada qeyri-iş günləri hesab olunur.