XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2018 - 22:35

Kürdəmirdə yol qəzası- 1 ölü, 6 yaralı

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı iki minik maşını toqquşub.

Nəticədə Zərdab rayon sakini, 1943-ci il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov ölüb. Kürdəmir rayon sakinləri- Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofelya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri- 11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova, 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.