XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2018 - 16:31

Əfv Komissiyasının növbəti iclası başlayıb –Bu günə qədər 500 müraciətə baxılıb

 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, komissiyanın bügünkü iclasında da daxil olan müraciətlərə baxılacaq. Qeyd edək ki, komissiyanın ötən gün keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Ümumilikdə Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb. Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.