XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2018 - 15:17

Goranboyda ağır qəza- DİN rəsmi məlumat yayıb

DİN Goranboyda baş verən ağır qəza ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mayın 2-də saat 19 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində kənd sakini Əli Süleymanovun idarə etdiyi “VAZ-2121” və Ağdam rayon sakini Füzuli Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Süleymanov hadisə yerində ölüb, 2 sərnişini, habelə F.Quliyev və sərnişinləri – arvadı Cəmilə və azyaşlı nəvəsi xəstəxanaya yerləşdiriliblər.

F.Quliyev və Cəmilə orada ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.