XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 May 2018 - 13:07

Sumqayıtda 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb- FOTO

Sumqayıt şəhərində 3 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə 10-cu mikrorayon, ev 1, mənzil 51-də qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Nəzərli Murad Elşən oğlu yaşadığı binanın 2-ci mərtəbəsindən yıxılıb. Azyaşlı ağır bədən xəsarətləri ilə dərhal şəhər xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 3 yaşlı Murad Nəzərlinin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.