XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 18:46

Doğuş zamanı halı pisləşən qadın ölüb- Şamaxıda

Şamaxıda doğuş zamanı halı pisləşən qadın ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, dünən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 1984-cü il təvəllüdlü Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qadın bu gün reanimasiya şöbəsində dünyasını dəyişib. A. Binyətovanın meyiti Məhkəmə Tibbi Ekspertizasının Şamaxı Rayon Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.