Əfv Komissiyasının növbəti iclası keçirilib-Bu gün daha 100 məhbusun müraciətinə baxılıb
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib. Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxıb.
Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.