XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2018 - 17:00

Akif Çovdarovun ailə üzvləri əmlak davasını davam etdirir –Apellyasiya şikayəti verilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov məhkəməyə həkim nəzarəti ilə gətirilib.

Əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərlə yanaşı zərərçəkmişlər – Cəfər Səfərov, Qəhrəman Səfərov, Zaur İbrahimov və digərləri də apellyasiya şikayəti veriblər.

Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyət yoldaşı İbadət Çovdarov, qızları – Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onlar hüquqlarını vəkil Azər Tanırverdi müdafiə edir.

Prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldırıb. O, məhkəmə iclasının qapalı keçirilməsini istəyib. Deyib ki, cinayət işində dövlət sirri ilə bağlı məsələlər var. Vəsatət təmin edilib, jurnalistlər zaldan çıxarılıb. Proses hazırda qapalı davam etdirilir.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib/Report