XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 May 2018 - 10:26

Ötən gün 86 cinayət faktı qeydə alınıb –Axtarışda olan 22 nəfər saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.

Bu barədə DİN mətbuat xidmətindən Strateq.az-a məlumat verilib. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.