XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2018 - 11:17

Ötən gün qeydə alınmış 117 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb- DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 117 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.