Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhərarası sərnişin daşıyan iki mikroavtobus toqquşub. Nətcədə iki nəfər xəsarət alıb.
Yaralılardan Gəncə şəhər sakini, 1993-cu il təvəllüdlü Mustafayeva Bənövşə Cəlil qızının Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınasının Travmatologiya Şöbəsində müalicəsi davam etirilir. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Niyazi adlı yeniyetmə isə ambulator yardımdan sonra evə buraxılıb.