XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 21:33

Mingəçevirdə marşrut avtobusu traktorla toqquşub- Yaralananlar var

Mingəçevir şəhərində yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 sayli marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin – 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyevaya və başqa bir gənc qız yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.