XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2018 - 18:38

Xızının polis rəisi Elmar Usubov təqaüdə göndərilib –Nazir əmr imzalayıb

 

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib. (APA)