XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 09:38

Bakının mərkəzində binanın eyvanı uçuldu –FOTO

 

Bakının mərkəzində binanın eyvanı uçulub.

Hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib. Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır. (Trend)