XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 May 2018 - 13:44

Rusiyanı sanksiyalara düçar edən sabiq casus xəstəxanadan buraxıldı –Bu gün evinə gedib  

 

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.

Trend-in məlumatına görə, o, iki aydan çox müddət müalicə aldıqdan sonra bu gün onun xəstəxanadan buraxılmasına icazə verilib.

Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti S.Skripal Londonda öz qızı ilə birlikdə zəhərlənib. S.Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.