Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
baş vermiş avtomobil qəzasında xəsarət alanlardan biri hamilə qadındır.
Belə ki, 2 “VAZ” və 1 “Priora” markalı minik avtomobillərinin toquşması nəticəsində üç nəfər – 1959-cu il təvəllüdlü Sahibə İsmayıl qızı Rəhimova və onun 7-8 aylıq hamilə olan gəlini, 1988-ci il təvəllüdlü Elnurə Bəkir qızı Rəhimova, həmçinin digər avtomobildə olan rayonun Həsənsu kəndinin sakini, 1994-cu il təvəllüdlü Elvin Zahid oğlu Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qaynana, gəlinin və bətnindəki vəziyyəti qənaətbəxş, E.Mustafazadənin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Hamilə qadın əri və qaynanası ilə birgə yaxınlarıgilə qonaq gedərkən qəzaya düşüblər.
Hər üç avtomobilin sürücüsü xəsarət almasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.