XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 May 2018 - 10:00

Həbsxanaların qapısı açıldı –Əfv sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

APA-nın məlumatına görə, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.